Portuqaliyanın “Compta” şirkətinin yanğınlara qarşı mübarizə aparan unikal proqram təminatı ABŞ-da keçirilən nüfuzlu “ IBM Watson Build” müsabiqəsinin qalibi olub.
Teleqraf.com xəbər verir ki, “Bee2FireDetection” adlı servis süni intellektə malikdir və yanğın ocaqlarını aşkar edən ilk proqram təminatıdır.
“Compta” şirkətinin başçısı Jorj Delqadonun sözlərinə görə, bu texnologiya dünyaya yeni reallıq bəxş edəcək. Süni intellekt yanğınlara qarşı mübarizədə insanlara kömək edəcək.
Verilən məlumata görə, müsabiqəyə dünyanın hər yerindən 400 layihə göndərilib.