Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində məişət tullantılarını zibil qutusuna atan insana heykəl ucaldılacaq. Heykəl “Kaspiyskin nümunəvi sakini” adlandırılacaq.
Teleqraf.com xəbər verir ki, səliqəli insana heykəl qoymaq ideyası tikinti şirkətlərindən birinə məxsusdur.
Şirkət nümayəndələrinin sözlərinə görə, onlar bu addımı atmaqla həmvətənlərinə təmizliyə riayət etməyin necə vacib olmasını xatırladırlar.