Kişilərin saqqalında olan bakteriya it tükündə olan bakteriyalardan daha çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalında tədqiqat məqaləsində qeyd olunub.
Bildirilir ki, İsveçrənin Hirslanden klinikasının həkimlərinin araşdırmalarına görə, kişilərin saqqalında olan bakteriyalar itlərin tüklərində olan bakteriyalardan daha çoxdur.
Tədqiqatçılar 18 kişidən və 30 itdən nümunə götürüblər. Kişilərin yaşı 18-dən 76-a qədər olub. Onların əksəriyyətinin saqqalında bakteriya aşkar edilib. İtlərin isə yalnız 23-də bakteriya tapılıb.
Kişilərin saqqalındakı bakteriyalar o qədər çoxdur ki, hətta xəstəlik yarada bilirlər. Araşdırmanın müəlliflərindən olan professor Andreas Quttsayt deyir ki, itlər saqqallı kişilərdən daha təmizdir.