2 May 2019 07:05
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaradılmış süni ağaclar havanın çirklənməsinin qarşısını ala bilər. Yeni texnologiya havanın mexaniki sorulması prosesi olmadan atmosferdən karbonu çəkməyə imkan verir.

Teleqraf.com xəbər verir ki, küləyin axınlarını filtrdən keçirən texnologiya karbonun molekullarını özünə çəkir və onu yenidən istifadə etməyə imkan verir. Texnologiya CO2-nin atmosferdən çəkilməsinin ən ucuz üsulunu təklif edir: 1 ton üçün 100 dollardan az vəsait tələb olunur.

Sistem eksperimental fermada sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, karbonun atmosferdən çəkilib saxlanılması qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizədə kömək edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər