2 May 2019 19:13
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandın yeni kraliçası general Ayudhya olacaq.

Teleqraf.com xəbər verir ki, Tayland Kralı Maha Vajiralonkorn general Suthida Ayudhya ilə evləndiyini bildirib və Suthidyanı ölkənin yeni kraliçası elan edib.

Qeyd edilib ki, Kralın nikahı qanunlara, krallığın ənənələrinə uyğun şəkildə baş tutub və Suthida Ayudhya bundan sonra kral ailəsi mənsublarının bütün imtiyazlarına sahib olacaq.

Bildirilir ki, saray mühafizə xidmətinə 2013-cü ildə daxil olan və Kralın xüsusi mühafizəçisi olan Suthidyaya bir müddət əvvəl kral tərəfindən general rütbəsi verilib.

Beləcə xanım general Kral Mahanın dördüncü xanımı olub. Kral əvvəlki xanımından 2014-cü ildə boşanıb.


Müəllif: Cavad