12 İyun 2019 08:05
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya sakini EuroMillions lotereyasında 123 milyon funt sterlinq (156 milyon dollar) qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Mirror" qəzeti yazıb.

Məlumata əsasən, qalib beş əsas nömrələri və iki "şanslı ulduzu" tapa bilib.

Qeyd edək ki, birinci EuroMillions lotereyası 13 fevral 2004-cü ildə üç ölkədə - Fransa, İslandiya və Böyük Britaniyada keçirilib.


Müəllif: Teleqraf.com