“Facebook” şirkəti beyindən göndərilən impulsların köməyi ilə kompüterləri idarə etməyə imkan verən proqram təminatının hazırlanması ilə məşğul olan “CTRL-Labs” startapını satın alıb.
Teleqraf.com xəbər verir ki, şirkətin hazırlamalarından biri beyin siqnallarını oxuyan qolbaqdır. Məsələn, belə qolbaq sahibləri klaviaturadan istifadə etmədən kompüterdə mətn çap edə biləcəklər.
Məlumata görə, bu texnologiya gələcəkdə smartfonlara tətbiq edilə və virtual reallıq eynəyi ilə birgə istifadə edilə bilər.