Məşhur Hollivud cütlüyü, aktyor Rayan Reynolds və aktrisa Bleyk Layvli koronavirus ilə mübarizəyə qoşulub.
Teleqraf.com xəbər verir ki, infeksiyasının yayılması səbəbindən ciddi narahatlıq keçirən məşhurlar pandemiyaya görə vəziyyəti kritik olan insanlara kömək etməyə qərar veriblər.
Onlar ABŞ-ın və Kanadanın iki böyük xeyriyyə fondu olan “Feeding America” və “Food Banks Canada”ya 1 milyon dollar (təxminən 1 milyon 700 min manat) bağışlayıblar.
Fond yaşlı insanların və aşağı gəlirli ailələrin qidalanmasını təmin etmək üçün fəaliyyət göstərir.