12 Aprel 2020 00:55
4 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Akpınar bölgəsinin Aşağı Homurlu kəndində çobanlıq edən Aydın Battal qoyunlarını otararkən, Səhiyyə naziri Fahrettin Kocaya şeir yazıb.

Teleqraf.com-un xəbərinə görə, onun yazdığı şeir sosial mediada paylaşma rekordu qırıb.

Battal gecə yuxusuz qalan və çətin şərtlər altında çalışan Səhiyyə nazirinə həsr etdiyi şeiri "Fahrettin agbi" adlandırıb.

O deyib: "Nazir həqiqətən ürəkdən danışır. Mən bunu təqdir edirəm. Öz üzərimə düşəni etdim. Saat 7-də qoyunlarımı otarmaq üçün dağa gedirəm. Axşam isı xəbər saatında gəlirəm. O, çətin bir işlə məşğul olur. Xəbərlərə maraqla baxıram".


Müəllif: Nihad

Oxşar xəbərlər