27 Fevral 2021 09:05
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Ukrayna musiqi dünyasının ən məşhur simalarından biridir.

Natella Krapivina - ukraynalı prodüser, klipmeyker və rejissor. Şou dünyasında daha çox müğənni Svetlana Lobodanın musiqi prodüseri kimi tanınır. Eyni zamanda, “Qartal və quyruq” televiziya layihəsinin və “TeenSpirit” studiyasının qurucusu kimi...

2018-ci ildə rejissor Aleksandr Qorçilinin çəkdiyi “Turşu” bədii filmində ilk dəfə film prodüseri kimi çıxış edib.

İş adamı Dmitri Krapivinlə evli olub. Amma bu evlilik uzun çəkməyib. 2003-cü il təvəllüdlü Sofiya adlı qızı var.

Təhsili və karyerası

Natella Türkmənistanın Aşqabad şəhərində Azərbaycan əsilli Vaqif Əliyevin ailəsində anadan olub. On bir yaşına qədər Türkmənistanda yaşayıb. 2003-cü ildə Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq fakültəsini bitirib.

Natella institutda oxuyanda şou-biznesə daha yaxın olduğunu anlayıb. Beləliklə, Krapivina özünün “TeenSpirit” studiyasını qurmağa qərar verib. Sonradan böyük bir layihəyə çevrilən “Qartal və quyruq” (“Oryol i reşka”) spontan bir fikir idi. Amma Natella tərəfdaşları Yelena və Yevgeniya Sinelnikovanın dəstəyi sayəsində birlikdə xəyallarını reallaşdıra biliblər və rusdilli televiziya proqramlarına bir yenilik gətiriblər. Studiya video və televiziya proqramlarının hazırlanması ilə məşğuldur, bunların arasında ən populyarları “Lesya Nikityukla” (“Lesey Nikityuk”) və “Dmitri Şepelevlə mətbəx” (“Kuxnya s Dmitriem Şepelevım”) və başqalarıdır.

Loboda ilə əməkdaşlıq

Krapivina 2010-cu ildə tanış olduğu dünyaca məşhur müğənni Svetlana Lobodanın musiqi prodüseri olub.

Natella Krapivina Svetlana ilə işləməsi haqqında bunları deyir: “Svetlana Ukrayna səhnəsində tamamilə hər cür təcrübəsi olan yeganə sənətçidir”.

Svetlana Loboda və səs prodüseri Mixail Koşevlə ortaq olaraq Krapivina yeni bir musiqi studiyası “BogArt”ı qurub və işinin bir hissəsi olaraq reper Qadarın ilk sinqlını - “Ne plaç”ı (“Ağlama”) təqdim edib. Lobodanın komandası ilə Qadar arasındakı əməkdaşlıq Ukraynada küçə musiqisinin populyarlaşmasının başlanğıcı idi.

İlk çıxış, ilk mahnı

Natella Krapivinanın 2018-ci ilin may ayında “İn-Yan” qrupunun solisti Artyom İvanovla işlədiyi məlum olub. Natella ilə iş birliyində solo müğənnisi olaraq ilk çıxışını edib və ilk mahnısı olan “Mənə gəl”i (“İdi ko mne”) buraxıb.

Natella Krapivina premyerası 2017-ci il iyunun 8-də olan “Məni oyandır” (“Razbudi menya”) mahnısı üçün Diana Arbenina üçün bir klip çəkib. Çəkiliş Portuqaliyada baş tutub.

Film prodüseri

Natella Krapivina 2018-ci ildə “Kinotavr” müsabiqəsinin mükafatını alan Aleksandr Qorçilinin rejissoru olduğu filmdə bədii film prodüseri kimi ilk çıxışını edib.

Natella Krapivina Karina Dobrotvorskayanın “Kimsə mənim qızımı gördümü?” kitabının film çəkilişlərinin müəllif hüququnu satın alıb. Natella indi Angelina Nikonova ilə birlikdə yazdığı gələcək filmin ssenarisi üzərində işləyir. Krapivinaya görə, bu işə aşiqdir və onun kinodakı zövqünü böyük ölçüdə Sergey Dobrotvorskinin məqalələri formalaşdırıb.

Eyni zamanda, “Qartal və quyruq” şousu əsasında çəkilən bir film üzərində işləyir.


Müəllif: Mənsur Rəğbətoğlu