Yevangelist rahib Cessi Duplantis kilsələrə kifayət qədər ianə verilmədiyi üçün İsa peyğəmbərin dünyaya qayıtmadığını iddia edib.
Teleqraf.com xəbər verir ki, rahibin açıqlaması xristian dünyasında kəskin reaksiyalarla qarşılanıb.
İngiltərənin “Victory” telekanalında yayımlanan bir proqrama qatılan Duplantis etiraz yaradacaq iddialar səsləndirib.
O, İsanın zühur etməsi üçün kilsələrə bağışlanan pulların artırılmalı olduğunu deyib.
“Düzünü desəm buna inanıram. İsanın qayıtmamasının səbəbi insanların Tanrının onlara əmr etdiyini verməmələridir. Bu həqiqəti anladıqdan sonra İsanın qayıdışını sürətləndirə bilərsiniz”, - rahib söyləyib.
Duplantisə bu iddiasından sonra sosial şəbəkələrdə “Tanrının oğlunu nə qədər pula yola gətirmək olar?” kimi suallar verilib.