19 Noyabr 2021 09:14
5 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölüm bəşəriyyəti həmişə maraqlandıran bir mövzudur. Təbii ki, ölümlə üzləşən insanlara daha çox yaxın olanlar, o ana şahidlik edənlər xəstəxana işçiləridir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Los-Anceles ştatında qocalar evində işləyən Culiya adlı tibb bacısı insanların ölməzdən əvvəl söylədiyi son sözlər haqda danışıb.

İşini çox sevdiyini bildirən Culiya 5 ilə yaxındır qocalar evində tibb bacısı işlədiyini deyib:

“Bundan əvvəl 9 il reanimasiyada tibb bacısı işləmişəm. Ümumilikdə 14 ildir bu işdəyəm və işimi sevirəm. Qocalar evində ölümü yaxınlaşan xəstələrin ailələrini buna hazırlaşdırırıq. Sözün açığı, onları bir az rahatlaşdırmaq mənə yaxşı təsir edir”.

Culiya insanların ölməzdən əvvəl eyni sözləri söylədiklərini deyib:

“İnsanların ölməzdən əvvəl keçirdikləri anlar çox maraqlıdır. Dəriləri saralır, nəfəs almalarında dəyişiklik olur. Demək olar ki, hamısı ölməzdən əvvəl eyni şeyi - analarını və ya atalarını sevdiklərini deyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər