4 Noyabr 2022 00:26
2 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya meşələri zəhərli ilanlarla doludur. Bu ilanların bəzilərinin zəhəri eşidənləri belə qorxuya salır. Tropik bölgədəki bəzi ilan növləri isə xüsusiyyətlərinə görə daha qorxuncdur.

Teleqraf.com xəbər verir ki, söhbət qırmızı qarınlı qara ilanlardan gedir.

Dünyanın ən zəhərli ilanları arasında yer alan bu növ aqressiv olmaması səbəbindən adətən heç kimə hücum etmir. Ancaq hücum edərkən, faciəyə səbəb ola bilər.

İlanın zəhəri öldürücüdür. Qırmızı qarınlı qara ilanın buraxdığı zəhərin nəhəng bir morqu ölülərlə dolduracaq qədər güclü olduğu təxmin edilir.

Mütəxəssislər bu ilanlardan bacardıqca uzaq durmağı insanlara tövsiyə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu