5 Dekabr 2022 08:29
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “iSpace” şirkətinin “Hakuto-R” avtomatik kosmik gəmisi dekabrın 7-də Aya göndərilə bilər. Bu barədə “Next Spaceflight” nəşri məlumat yayıb. Sözügedən missiya “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketində texniki problemlərə görə indiyədək iki dəfə təxirə salınıb.

Teleqraf.com-un məlumatına görə, qarşıda duran missiya tamamilə özəldir. “Hakuto-R” Aya uğurla enən ilk özəl kosmik aparat ola bilər. Yaponiyanın “iSpace” şirkəti enmə qurğuları yaratmaq üçün robot-kosmik gəmi texnologiyasını inkişaf etdirir.

Yerin təbii peykinin görünən tərəfindəki Atlas kraterinə bir tonluq aparatın enişi 2023-cü ilin aprelinə planlaşdırılır. Bir sıra elmi cihazlarla təchiz edilmiş aparat stasionar zond qismində tədqiqat funksiyalarını yerinə yetirəcək.

Yaponiyanın enmə aparatı ilə birlikdə Aya Birləşmiş Ərəb Əmirliklərinin lunoxodu da göndəriləcək. Məhəmməd bin Rəşid Kosmik Mərkəzi tərəfindən yaradılmış bu mikrorover iki kamera, mikroskop, teplovizor və Lenqmür zondu ilə təchiz edilib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər