Fransada insanların əksəriyyəti hazırki prezidenti Emmanuel Makrona pis münasibət bəsləyir.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, "Viavoice for Liberation" sorğusunun nəticələrinə görə, fransızların 65%-i dövlət başçısının imicini mənfi hesab edir.
Qeyd edilib ki, respondentlərin yalnız 30%-i Makrona müsbət münasibət bəsləyir, onlardan yalnız 4%-i prezidentə çox yaxşı münasibət bəsləyir. Fransızların 16%-i dövlət başçısı haqqında düşünərkən ilk emosiya olaraq ona nifrət edir. Digər 16% hirs, 13% ikrah və 9% laqeydlik hiss edir.
Eyni zamanda, fransızların 55%-i hesab edir ki, Fransada azadlıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb və Makron ilk prezidentlik dövrü ilə müqayisədə daha avtoritar liderə çevrilib.
Sorğunun nəticələrinə görə, respondentlərin 69%-i dövlət başçısının ədalətli olmadığına və digər siyasi mövqeləri nəzərə almadığına əmindir.