27 Noyabr 2023 23:36
2 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişikliyi və qlobal istiləşmənin miqyası ABŞ-ın Oreqon Universitetinin rəhbərliyi ilə dünyanın müxtəlif universitetlərindən olan elm adamları tərəfindən hazırlanmış “2023-cü ildə iqlim dəyişikliyində vəziyyət: naməlum ərazilərə giriş” adlı hesabatda müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər dünyanın iqlim dəyişikliyinin mühasirəsində olduğunu, elm adamlarının onilliklərdir xəbərdar etdiyi məsələlərin artıq göründüyünü, yeni dövrdə əvvəllər yaşamadığımız şərtlərlə qarşılaşa biləcəyimizi iddia edirlər.

Hesabatda 2023-cü ilin dünyanın müxtəlif yerlərində rekord temperaturlar, okeanların davamlı istiləşməsi, Şimali Buzlu okeanın su səthində temperaturun yüksəlməsi və Antarktidada buz səviyyəsinin görünməmiş aşağı səviyyələrə enməsi və sair məsələlərə diqqət çəkilir.

Elm adamları temperaturun yüksəlməsini dünyanın təhlükəli qeyri-sabitliyə doğru getməsinin əlaməti kimi qiymətləndirərkən, bəşəriyyətin artıq “naməlum iqlim qurşağı”na daxil olduğunu üzə çıxarıblar.

Hesabatda okeanların istiləşməsinin dəniz canlılarının ölümünə, mərcan riflərinin itirilməsinə və genişmiqyaslı tropik fırtınaların artmasına səbəb olduğu bildirilir.

Hesabatda COVID-19 pandemiyasından sonra sağalmanın arxada qaldığı, karbon emissiyalarının yenidən artdığı, illik qlobal kömür istehlakının 2022-ci ildə bütün zamanların ən yüksək səviyyəsinə çatdığı qeyd olunur və bərpaolunan enerji mənbələrindən istifadənin artacağına diqqət çəkilir.

2021-2022-ci illərdə qlobal ağac örtüyü itkisinin 9.7 faiz azalaraq 22.8 milyon hektara çatdığı vurğulanır. Dünya üzrə artan daşqınlar da dünya əhalisi üçün fəlakətin dairəsini bir az da genişləndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər