19 Yanvar 16:14
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monqolustan hökuməti Monqol İmperiyasının qurucusu və ilk hökmdarı Çingiz Xanın paytaxt elan etdiyi Qaraqorumun yerində 500 min əhalisi olan yeni şəhər tikmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurası məlumat yayıb.

“Ağıllı şəhər” layihəsi əsasında qurulacaq yeni şəhərdən 50 kilometr aralıda Çingiz Xanın nəvəsi, Monqol İmperiyasının hökmdarı Münke Xaqanın adına beynəlxalq hava limanı da tikiləcək. Bu məqsədlə yeni şəhər üçün 189.4 min hektar torpaq sahəsi ayrılıb.

Monqolustan rəhbərliyi Qaraqorumun xarabalıqlarının yerləşdiyi Xarxorin şəhərinin 2023-cü ildə yeni paytaxt elan edilməsinin planlaşdırıldığını, hökumət və nazirliklərin mərhələli şəkildə yeni şəhərə köçürüləcəyini açıqlamışdı.

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux 2022-ci ildə Monqol İmperiyasının paytaxtının bərpa olunması və burada ölkənin yeni inkişaf mərkəzinin yaradılması haqda fərman imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər