İnsan toxunuşunu təqlid edən üç ölçülü dəri ixtira edilib. İxtiranın tibb sahəsində əhəmiyyətli dərəcədə fayda verəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, “Science” jurnalında dərc edilən araşdırmaya görə, dəri eyni vaxtda analiz edərək səthdəki təzyiq, sürtünmə və gərginliyi aşkar edə bilir.
Dəridəki reseptorlar toxunulan səthdə gücü və gərginliyi hiss etmək qabiliyyətinə malikdir. Tədqiqatçılar bu təbii mexanizmdən ilhamlanaraq insan dərisinin üç qatı olan - epidermis, dermis və hipodermisdən ibarət elektron dəri hazırlayıblar.
Çinin Tsinghua Universitetinin tədqiqatçılarının bu ixtirasının aşkarlama qabiliyyətinə görə bu növdə ilk olduğu deyilir.
Tədqiqatçılar bildirirlər ki, bu dərinin üçölçülü strukturunda xarici təsirləri aşkar edə bilən çoxlu reseptorlar var. Sensorlar tərəfindən toplanan siqnallar bir sıra ötürmə və çeşidləmə proseslərindən keçdikdən sonra dərini öyrənmə alqoritmləri ilə birləşdirilir. Bu yolla elektron dəri əşyaların sərtliyini və formasını dəqiqliklə müəyyən edir.
Yeni texnologiyanın insanabənzər robotlardan biotibbi diaqnostikaya qədər müxtəlif sahələrə töhfə verəcəyi gözlənilir.