10 İyun 22:57
7 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ay yerdən uzaqlaşması planetimizə öz təsirlərini göstərəcək.

Teleqraf.com xəbər verir ki, alimlər öz araşdırmaları nəticəsində zaman keçdikcə ayın yerdən uzaqlaşdığını bildirirlər.

Alimlərin fikrincə, təxminən 1,4 milyard il əvvəl Yerin bir tam fırlanması təxminən 18 saat çəkib. Bu o deməkdir ki, o zaman Ayın Yerə olan məsafəsi daha yaxın idi və buna görə də Ayın cazibə qüvvəsi Yerin fırlanma sürətini artırdı. Buna görə də günlər daha qısa idi. Bu da planetimizin daha sürətli fırlanmasına səbəb olub.

2022-ci ildə Professor Meyersin rəhbərlik etdiyi bir qrup alim planetimizin keçmişinə qayıtmağı və Günəş sisteminin əvvəllər necə göründüyünü öyrənməyə başlayıb.

90 milyon il əvvələ aid qaya çöküntülərini araşdıran qrup, Ayın ildə orta hesabla 3,82 santimetr uzaqlaşdığını aşkar edib.

Müşahidələrdən sonra planetimizdə 200 milyon ildən sonra bir günün 25 saat davam edəcəyini təxmin etdiklərini açıqlayıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər