12 İyun 02:31
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay aylarında havaların hədsiz isti keçməsi insanların yuxu rejimini pozur.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər sərin yerdə yuxuya getməyin sağlam yatmağı asanlaşdırdığını deyirlər.

İnsanlar problemin ən sadə həlli kimi kondisionerdən istifadəyə üstünlük verirlər. Ancaq mütəxəssislər bunu rəva görmürlər. Yüksək temperatur kondisionerlərdə təzyiqi və enerji sərfiyyatını artırır və elektrik şəbəkələrində daha çox gərginlik yaradır.

Mütəxəssislər bizə isti gecələrdə daha rahat yatmağın 4 sirrini açıqlayıb:

1) Yataq otağınızı sərin tutun

Mütəxəssislər qeyd edirlər ki, yuxuya getmək prosesi ilə orqanizmin nüvəsinin daxili temperaturu arasında əlaqə var. Yatmaq vaxtı gəldikdə baş, qol, əl və ayaqlardan istilik ayrılır. Bu zaman bədən soyumağa başlayır.

2) Yatan zaman üzərinizə nazik ədyal örtün

Çox isti gecələrdə insanlar yastığa toxunmaq belə istəmirlər, lakin yuxu zamanı bədən hərarətinin dəyişdiyini unutmaq olmaz. Bu səbəbdən mütəxəssislər nazik ədyal və ya ipək parça örtməyin daha yaxşı olduğunu vurğulayırlar.

3) Soyuq duş qəbul etməyin

Mütəxəssislər isti havada soyuq duş almağı məsləhət görmürlər. Onun əksinə isti duş qəbul etmək rahat yatmağınıza kömək edə bilər.

4) Yuxu rejiminizə diqqət edin

Yatağınızı bədən istiliyi yüksək olan və ya yuxusunda tərləyən biri ilə bölüşürsünüzsə, ayrı yatmağa çalışın. Yerdə yatmaq da yaxşı seçim ola bilər, çünki döşəmələr ümumiyyətlə daha soyuqdur.


Müəllif: Arzu

Oxşar xəbərlər