25 İyun 00:41
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq suya davamlılığı ilə tanınan və soyuq su terapisti Vim Hof gəncləri "yoldan çıxarmaqda" və onların ölümlərinə bais olmaqda ittiham olunur.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, "Buz adamı" ləqəbi ilə tanınan Hof həddindən artıq soyuğa tab gətirmək bacarığı ilə tanınır və dünyada minlərlə insan onun üsullarını izləyir.

O, bu metodların stressi azaltdığı, immunitet sistemini gücləndirdiyi, hətta xərçəng, diabet və artritin müalicəsinə kömək etdiyini iddia edir. O, hətta 2008-ci ildə buzda 1 saat 13 dəqiqə 48 saniyə qalaraq Ginnesin Rekordlar Kitabında əvvəlki rekordunu təkrarlayıb.

Ancaq Hofu öz metodunun riskləri barədə insanlara xəbərdarlıq etməməkdə günahlandırılır və bu metodların insanların ölümünə səbəb olmaqda ittiham edilir.

Ümumillikdə Hofun yaratdığı metoda görə 5 nəfərin öldüyü iddialar arasındadır. Hof isə bu iddiaları rədd edir.


Müəllif: Arzu

Oxşar xəbərlər