9 İyul 00:35
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son araşdırmalar zamanı midyə və digər dəniz qabıqlılarında çoxlu sayda fiberqlas, yəni şüşə lifi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin cənub sahillərindən toplanan istiridyə və midyələri mikroskoplarla tədqiq edən elm adamları böyük miqdarda şüşə lifi hissəcikləri ilə qarşılaşdıqlarını bildirirlər.

Alimlər 1 kiloqram istiridyə və midyədə 11 mindən çox mikroskopik şüşə hissəcikləri aşkar ediblər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu liflər iltihaba səbəb ola bilər. Hələlik midye və istiridyə yeməyin heç bir zərəri olmadığını deyən elm adamları bu mövzuda daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.


Müəllif: Arzu

Oxşar xəbərlər