11 İyul 00:49
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada məşhur "Bous a la Mar" festivalı bu il ilk dəfə məhdud şəkildə keçirilib.

Teleqraf.com xəbər verir ki, buna səbəb isə festivala sərt etirazların olmasıdır.

İspaniyanın mədəni simvollarından biri olan və öküzlərin istifadə edildiyi festivallar heyvan hüquqları müdafiə təşkilatlarının təzyiqi ilə məhdudlaşdırılıb.

Bu dəfə festivalın yalnız axşam saatlarında keçirilməsinə icazə verilib. Ötən ilki festivalda 7 öküzün dənizə atılaraq boğulması narazılıq doğurmuşdu.

"Bous a la Mar" festivalının qaydasına əsasən, insanlar küçə boyu onların arxasınca qaçan heyvanları dənizə atmalıdırlar. Bunun üçün öncə insanlar özlərini dənizə atır, sonra onların arxasınca qaçan gözləri qızmış öküzlər dənizə düşürək boğulub ölürlər.

"Bous a la Mar" (Dənizə öküzlər) festivalı 16-cı əsrdən qalma adətdir.


Müəllif: Arzu

Oxşar xəbərlər