Rusiyalı prodüser Yana Rudkovskaya Şahzadə Vilyamın mümkün xəyanəti ilə bağlı xəbərlərin silinməsinin arxasındakı məqamları açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Rudkovskaya bu barədə "Telegram" kanalında paylaşıb edib.
Şahzadə Vilyamın xəyanətilə bağlı aparıcı media qurumlarında dərc edilmiş yazıların sonradan silindiyini deyən Yana Rudkovskaya hadisəni belə şərh edib: “İlin əvvəlində Keyt Middlton onkoloji xəstəliklərinə görə müalicə olunanda Vilyamın başqa bir qadınla görüşdüyü mətbuata sızdı. Markiz David Çolmondelinin həyat yoldaşı və üç uşaq anası dedi-qoduları təkzib etməli oldu. Sonra isə Vilyamın Rouz Hanber ilə münasibətlərinə dair yazıları mətbuatdan və sosial şəbəkələrdən itdi”
O qeyd edib ki, indi kral ailəsi təkcə Böyük Britaniyada deyil, həm də ABŞ-da bütün medianı “almaqda” ittiham olunur.
Xatırladaq ki, daha öncə Britaniya mediası Şahzadə Vilyam ilə aristokrat Rouz Hanberin qeyri-qanuni övladları olduğunu və onların hələ də gizli münasibətdə olduqları barədə məlumatlar yaydı. Daha sonra bütün xəyanət xəbərləri mətbutdan silindi.