23 İyul 20:55
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris Olimpiya Oyunlarında iştirak edəcək bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən narazılıqlarını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Qeyd olunub ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər.

“Bu, zarafat deyil, gördüyünüz kimi, olimpiya çarpayısı kartondandır”, - fransalı cüdoçu Jülyen Bryular deyib. Nəşrin yazdığına görə, onun sözlərini avstraliyalı su poloçusu Matilda Körns də təsdiqləyib.

Vurğulanıb ki, karton çarpayılar idmançılar üçün sürpriz olmayıb, çünki 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında onlardan artıq istifadə olunub. Amma o zaman da bu addım tənqid olunmuşdu. Builki olimpiada üçün isə təşkilatçılar Yaponiyanın “Airweave” şirkətindən 16 min belə çarpayı sifariş ediblər.

Məlumata görə, idmançılar yeməklərdən, qonaq otaqlarında televizorun olmamasından və digər məqamlardan da narazıdırlar. Təsdiq olaraq nəşr amerikalı gimnast Aleya Finneqan, onun belçikalı həmkarı Mellis Brassart və yeni zelandiyalı üzgüçü Lyuis Klerbertin yazdıqlarını göstərir.

Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər