9 Oktyabr 00:32
2 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

İt yoldan keçən polisi sahibinin evinə apararaq onun həyatını xilas edib.

Teleqraf.com "The Guardian"a istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib.

Ötən ayın sonunda Gita adlı it 84 yaşlı sahibinin həyatını xilas edib. Polisin verdiyi məlumata görə, sentyabrın 25-də it yaxınlıqda dayanan patrul maşınına yaxınlaşaraq polisi onu izləməyə inandırıb.

İti izləyib hadisə yerinə gələn polis əməkdaşı kömək istəyən yaşlı kişinin səsini eşidib. Məlum olub ki, təqaüdçü yıxılaraq ayağından xəsarət alıb. Bildirilir ki, kişiyə vaxtında yardım olunmasaydı, o, ciddi nəticələrlə üzləşə bilərdi.


Müəllif: Arzu

Oxşar xəbərlər