Çexiyanın Zdar nad Sazavou şəhərinin sakinləri hakimiyyətin insanların tabutda basdırılmasını qadağan etməsinə etiraz olaraq aksiya keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN Prima News" telekanalı məlumat yayıb.
Məlumata görə, müvafiq qərar yeraltı suların yüksək səviyyədə olması ilə əlaqədar qəbul edilib. Bu səbəbdən qəbirə yalnız kül olan qabların qoyula biləcəyi yeni qayda tətbiq edilib.
Sakinlər yaxınlarının cəsədlərini çıxararaq başqa yerə köçürməyi planlaşdırırlar.