11 Oktyabr 19:25
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

1924-cü ildə yoxa çıxan alpinist Endryu İrvinin qalıqları Everestin yamaclarında tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "National Geographic" məlumat yayıb .

Məlumata görə, 1924-cü ildə Endryu İrvin və Corc Mallori Everst zirvəsini fəth etmək üçün yola çıxıblar. Sonuncu dəfə onlar 8170 metr hündürlükdəki düşərgədə görülüb. Daha sonra onlardan xəbər alan olmayıb.

Bu ilin oktyabrında Ronqbuk Buzlaqında çəkmədə ayaq parçası aşkar edilib. Üzərində "Endryu İrvin" yazılan corab sahibinin kimliyini göstərir.


Müəllif: Arzu

Oxşar xəbərlər