8 Oktyabr 21:04
2 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada "Discord" messencerinə giriş məhdudlaşdırılıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə "Roskomnadzor" məlumat yayıb.

"Discord messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərini pozduğuna görə məhdudlaşdırılıb", - məlumatda bildirilib.

"Roskomnadzor" məhdudlaşdırmanın platformadan terror və ekstremist məqsədlər üçün istifadə edilməsinin və ya orada qadağan olunmuş məlumatların yerləşdirilməsinin qarşısının alınması ilə bağlı olduğunu açıqlayıb.

Departament, qeyri-qanuni məlumatların silinməsi üçün Discord-a bir çox tələblərin göndərildiyini, lakin platformanın onlara əməl etmədiyini vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər