01:36
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Sidney şəhəri 2024 -cü ildə dünyanın ən yaxşı şəhəri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Condé Nast Traveller" oxucuları arasında sorğu keçirib.

Sorğunun nəticələrinə əsasən, İspaniyanın Valensiya şəhəri ikinci, Sinqapur isə üçüncü yeri tutub. İlk onluğa həmçinin Honq-Konq , Stokholm , Tokio, Vyana , Berlin , Milan və Budapeşt daxil olub.

Siyahıya həmçinin Madrid , Paris, Keyptaun , Çikaqo , İstanbul , Palma, Las-Veqas, Sevilya və Nyu York da daxildir .


Müəllif: Arzu

Oxşar xəbərlər