8 Oktyabr 12:56
3 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ən məsum və qatil bürclər" hansılardır?

Teleqraf.com bununla bağlı astroloqların fikirlərini təqdim edir.

Əkizlər

Barələrində həmişə pis danışırlar, amma ən təhlükəsiz bürc Əkizlərdir. “Əllərini ən az çirkləndirən bürclərdən biri”dir. Bu da yəqin kimisə öldürmək və ya zərər vermək üçün kifayət qədər ciddi qəbul etmədikləri üçündür. Yaxud qurbanlarını öldürməkdənsə, maraqlı söhbətləri ilə onları bezdirməyə üstünlük verə bilərlər.

Dolça

İkinci ən məsum bürc Dolçadır. Bu, ədalətə böyük önəm verdikləri üçün və ya eqolarının asanlıqla qırılmaması səbəbindən ola bilər. Dolça Əkizlərdən sonra ən az şiddət tətbiq edən bürcdür. Bəlkə də cinayət törədəndən sonra iz buraxmayacaq, yaxalanmayacaq qədər ağıllı olduqları üçün belədir.

Şir

“Nərələrinə” fikir verməyin, əslində, böyük bədənli pişikdirlər. Şir cinayətə ən az meyli olan bürclərdən biridir. Bu bürcdə doğulan qatillərin əksəriyyətinin diqqəti cəlb etmək üçün cinayət törətdikləri də bildirilir.

Tərəzi

Ədalətli, mehriban və səbirli olduqları deyilən Tərəzi bürcünün qətl törətməkdə Şir və Dolça bürclərini üstələməsi qəribədir. Hər səbrin də bir həddi var! Güman ki, kobud rəftarları və xoş niyyətlərindən sui-istifadəyə dözmədikləri üçün əllərini qana batırırlar.

Qız bürcü

Orta bir psixopat və vasvası qatil! Qeyd etmək yerinə düşər ki, oğurluq və fırıldaqçılığı qanlı cinayətlərdən daha üstün tuturlar.

Balıq

Balıqların şirin olduğunu düşünürsünüz? “Qatil Kloun” kimi tanınan Con Ueyn Qeysi, Riçard Ramirez və Eylin Uornos ən məşhur Balıq bürcü seriya qatilləri arasındadır. Balıqlar daha çox asılılıq yaradan xarakterləri ilə qeyri-adi cinayətlər törədirlər. Nə qədər sevimli olduqları düşünülsə də, siyahıda 7-ci ən təhlükəli bürcdür.

Oğlaq

Ən çox seriya qatilləri bu bürcün insanlarıdır. Oğlaq qanunlar və qaydalara hörməti ilə tanınsa da, “çirkli əksi” siyahının tam ortasındadır. Az cinayət törədirlər, amma “işlər”ini də yarımçıq qoymurlar.

Qoç

Qəfil qəzəblənirlər, amma tez keçir. Buna görə də ən təhlükəli bürc kimi 5-ci yerdədir. Qoçları əsəbiləşdirmisinizsə, bir müddət onlardan uzaq durun. Sonra nəyə əsəbiləşdiklərini unudurlar.

Buğa

Buğanın qəzəbi güclü olur, buna heç bir şübhə yoxdur. Onun törətdiyi cinayətlərə qətldən çox fırıldaqçılıq kimi maliyyə məsələləri daxildir. Dəbdəbə və həzzi sevir.

Oxatan

Ən təhlükəli bürclərdən birinə çatdıq, Oxatan dağıdıcı qəzəbi ilə üçüncü yerdədir. Törətdikləri qətl və cinayətlər kiçik və ya fərdi xarakter daşımır. Məsələn, Ted Bundi, Pablo Eskobar, Stalin - hamısı Oxatandır. Böyük cinayətlər, kütləvi qətllər törədirlər, özünü “lider” sayırlar.

Əqrəb

İkinci ən təhlükəli bürcdür. Bir çox seriya qatilləri noyabrda doğulub, əksəriyyəti Oxatan, qalanları Əqrəblərdir.

Xərçəng

Siyahının birincisi bu bürcdür. Əsasən qısqanclıq zəminində qətl törətdikləri deyilir. Dəyişkən əhval-ruhiyyələri davamlı başlarına “iş” açır.

Bütün insanlara sülh içində yaşadıqları bir dünya arzulayırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər