24 Dekabr 2022 15:48
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini Şahin Mustafayev dekabrın 24-də Özbəkistan Respublikası Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dostluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Azərbaycanla Özbəkistan arasında ali siyasi dialoqun və sıx təmasların mövcud olduğu məmnunluqla vurğulanıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyun ayında Özbəkistana baş tutmuş dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivlərinə dair müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər