Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyi açıqlayıb.
"Bu xəbəri qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.