11 Noyabr 17:55
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda əməkdaşlıq, həmçinin, sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Serbiyada dəmiryolu vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.

Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.

***

16:53

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər