2 Yanvar 21:03
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa sakini Almaniyanı daimi sərhəd nəzarəti yoxlamalarına görə məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Wirtualna Polska" məlumat yayıb.

Məlumata görə, Almaniyanın Görlitz şəhərində yaşayan Yakub demək olar ki, hər gün Polşanın Zqorzelçe şəhərinə gedir. Adamın sözlərinə görə, 2024-cü ilin oktyabrından o, hər gün, bəzən olduqca kobud şəkildə sərhəd yoxlamalarına məruz qalıb.

O iddia edir ki, dekabrın sonunda yenidən eyni marşrut üzrə hərəkət edərkən sərhədçilər onun maşınında yoxlama aparmaq istəyib. Ancaq Yakub buna icazə verməyib. Daha sonra sərhədçilər onun maşınına zorla soxulara axtarış aparıb.

Yakub məhkəmədə sərhəd nəzarətinin qanunsuz elan edilməsini istəyib.


Müəllif: Arzu

Oxşar xəbərlər