2 Yanvar 21:45
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi bir sıra ölkələrin, o cümlədən Rusiya Federasiyasının aviaşirkətlərinin fəaliyyətinə qadağa tətbiq etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, nazirlik “Moldova ərazisində fəaliyyəti qadağan olunan aviadaşıyıcıların siyahısının təsdiq edilməsi haqqında” layihəni müzakirəyə təqdim edib.

Siyahıya 20-dən çox ölkənin, o cümlədən Rusiya, Ermənistan, Qırğızıstan və digər ölkələrin daşıyıcıları daxildir. Rusiyanın “Aurora”, “Yakutiya”, “S7” , “Ural Airlines”, “Pobeda”, “Aeroflot”, “Rossiya”, “U-tair” və bir sıra digər aviaşirkətləri qadağaya məruz qala bilər.

Qanun layihəsinin ictimai müzakirəsi yanvarın 9-dək davam edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər