16 Oktyabr 2020 09:32
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

Məlumata görə, Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər