“Rusiya dövlət başçısı Vladimir Putin Qərb əleyhinə yanaşmasından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı NATO və AB-yə qarşı çıxarmaq üçün bir təsir vasitəsi kimi istifadə edir. Lakin Yaxın Şərqdən Qafqaza qədər olan ölkələrdəki rəqabət getdikcə daha aydın görünür”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb.
İngilis nəşrinin fikrincə, iki liderin dostluğu və beynəlxalq münasibətlərə üst-üstə düşən praqmatik və işgüzar yanaşması Suriya, Liviya və Dağlıq Qarabağ münaqişələri, eləcə də Aralıq dənizinin şərqində Yunanıstan və Türkiyə arasında ərazi mübahisəsində diametral zidd mövqeləri düzəldib:
“Tarixən Türkiyə və Rusiya arasındakı münasibətlər həmişə əməkdaşlıqdan çox rəqabətlə xarakterizə edilib. SSRİ-nin dağılmasından sonra Orta Asiyanın müsəlman respublikalarında nüfuz uğrunda mübarizə apardılar, lakin yeni minilliyin əvvəllərində Moskva və Ankara enerji, turizm və ticarət sahələrində işbirliyi qurmağa başladılar”.