6 Noyabr 2020 15:00
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yaşayan məşhur güney azərbaycanlı fofoqraf Rza Diqqəti Ermənistan ordusunun fosfor bombası atdığı Tərtər rayonundan yeni fotolarını təqdim edib.

Teleqraf.com xəbər verir ki, fotoqraf rəsmilərini İnstaqram hesabında paylaşıb.

Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf aldığını bildirən Rza Diqqəti qeyd edib:

Noyabrın 3-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupları Tərtər rayonunun Səhlabad kəndi yaxınlığında iki ədəd partlamamış 122 mm-lik D-4 (P-4) ağ fosfor mərmisi taparaq yerində zərərsizləşdirdi. ANAMA-nın partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə əməliyyat meneceri Mədət Məmmədovla bu əməliyyata şahid olmaq üçün bir qrup fotoqraf, operator və jurnalistin sıralarında idim.

Ermənistan Azərbaycanın Tərtər rayonunda mülki əhaliyə qarşı ağ fosfor mərmilərindən istifadə etməyə davam edir. Ağ fosfor olan silahlar tənəffüs aldıqda, udqunduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər. Bu cür silahlar ağır və kimyəvi yanıqlara səbəb olur. Artıq Ermənistan fosfor mərmilərindən mülki insanlara qarşı istifadə etdi. Fosfor bombalarından istifadə BMT-nin 1980-ci il tarixli qərarına əsasən qadağan olunub”.

Fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər