12 Noyabr 2020 21:14
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı üçtərəfli bəyanat işğal olunmuş ərazilərin azad edilməsi ilə yanaşı mühüm qazanc əldə etməyi də təmin etdi: illərdir erməni işğalı və geosiyasi səbəblərdən bir-biri ilə əlaqəsi olmayan Naxçıvan-Azərbaycan torpaqları artıq rəsmi olaraq birləşəcək. Həm də Ermənistana məxsus ərazilərin üzərindən keçən yolla. Sazişin ən böyük nailiyyətlərindən biri olan bu maddə Azərbaycanla Türkiyəni bir-biri ilə bağlayarkən Türkiyənin də Azərbaycan üzərindən türk dünyasına bağlanmasını təmin edəcək. Bu şəkildə qurulacaq “Türk dəhlizi” strateji baxımdan çox vacib bir addım oldu.

Teleqraf.com xəbər verir ki, “Haber7.com”a mövzu ilə bağlı şərh verən təhlükəsizlik mütəxəssisi Abdullah Ağar belə deyib.

"Son dərəcə önəmlidir"

O qeyd edib ki, Naxçıvandan Azərbaycana açılacaq yol geopolitik nöqteyi-nəzərdən son dərəcə önəmlidir. “Çünki bu yol təkcə Azərbaycanla Naxçıvan arasında qurulacaq. Eyni zamanda Türkiyə ilə Azərbaycan, həmçinin, bütün türk dünyası arasında əlaqələri son dərəcə gücləndirəcək. Digər tərəfdən burada Ermənistan ərazisindən istifadə etmək çox vacibdir”, – deyə o bildirib.

“Dəyişikliklərə səbəb ola bilər”

Ekspert bildrib ki, gələcək dövrdə Azərbaycanın inkişafının davam etməsi ilə burada quru yolunun dəmiryolu xəttinə çevrilməsi, hətta Azərbaycanın öz neft və qazını Naxçıvan və Türkiyə üzərindən Avropaya ixrac etməsi mümkündür:

“Yəni bu yol həm məsrəflərin azalmasına, həm də yolun qısalmasına səbəb olacaq. Belə bir xüsusiyyəti var. Gələcək dövrdə siyasi statusu ilə əlaqədar bura son dərəcə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. "

Qələbənin ən əhəmiyyətli nəticələrindən biri

“Keçmişdə də bu yerlər türk torpağı idi. Azərbaycanlı qardaşlarımızın torpağı idi. Bu dəhlizi bura Naxçıvan ilə Azərbaycan arasında xəncər kimi soxdular və Ermənistana təhvil verdilər. Hesab edirəm ki, bu, orta və uzun müddətdə mühüm inkişaflara gətirib çıxaracaq. Digər tərəfdən, açığı, bu Azərbaycanın etdiyi müharibənin, ortaya qoyduğu zəfərin ən mühüm məqamlarından biridir. Müharibənin Qarabağda aparılmasına rəğmən burada bir qazanc əldə edildi”, – deyə ekspert bildirib.

Birbaşa tranzit yol

Abdullah Ağar deyib ki, əvvəllər Azərbaycan ayrılmaz parçası olan Naxçıvanla əlaqə qurmaq üçün quru yolla İran ərazisindən, yaxud hava yolundan istifadə edirdi:

“Yəni bağlantı ancaq məcburi istiqamətlər vasitəsilə edilirdi. İndi isə Ermənistan ərazisindən bağlantı qurulacaq. Bu, sadəcə iki bölgəni birləşdirən yol deyil. Bunun geosiyasi nəticələrinin olacağına dair çox əhəmiyyətli bir qiymətləndirməm var”.

Təxribatlara qarşı xəbərdarlıq

Təhlükəsizlik üzrə mütəxəssis Dağlıq Qarabağla bağlı xəbərdarlıq da edib. O qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda vəzifələrinin icrasına başladığını açıqlayıb. Ekspert qeyd edib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda ilk işi boşaldılacaq Ağdam, Laçın, Kəlbəcər rayonlarında ermənilərin mümkün məhv, talan, qəsbetmə, çirkləndirmə, yandırma, dağıtma, yıxma və pozma kimi işlərinə əngəl olmaq, qabaqlayıcı tədbirlər görmək olmalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər