Rusiya Federasiyası ilə birgə səylərimiz sayəsində əldə olunan anlaşma nəticəsində münaqişəni dayandıra bildik və 30 ildir dondurulan və həll olunmayan bir problemin həllinə öz töhfəmizi verdik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təhlükəsizlik üzrə Halifaks forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrləri işğala son qoyulması üçün indiyədək heç bir addım atmayıb".