22 Noyabr 2020 16:41
2 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 noyabrda Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatın mətninin hazırlanması onu imzalayan hər üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramı üçün verdiyi müsahibəsində deyib.

V.Putin bildirib: "Mətnin özünə gəlincə, bunu üçümüz hazırladıq - təbii ki, mən, (Azərbaycan Prezidenti İlham) Əliyev və (Ermənistan) Baş naziri Nikol Paşinyan". Rusiya prezidenti qeyd edib ki, başqa cür mümkün deyildi.

Onun sözlərin görə, əslində bunlar iki tərəf - Azərbaycan və Ermənistan arasında imzalanan müqavilələr idi və Rusiya yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə tərəflərin dinc şəkildə ayırmasını həyata keçirmək öhdəliklərini öz üzərinə götürdü:

"Və bunu biz hazırda edirik. Bu səbəbdən (birgə bəyanatın) müəllifləri şübhəsiz ki, üç tərəfdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər