Seləli – bura da dağıdılıb. Görün nə günə qoyublar! Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər. Bizim torpaqlarımızı istismar ediblər.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Qubadlı rayonunun Seləli kəndinə səfəri zamanı deyib.