Xankəndidə olan saxta qurum daha 147 hərbi qulluqçusunun öldürülməsi haqqında məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, müharibə faktiki olaraq noyabrın 10-da başa çatsa da, həm Ermənistan Müdafiə Nazirliyi, həm də Xankəndidə yerləşən saxta qurum mütəmadi olaraq hərbi itkilərinə dair yeni siyahılar yayır.
Görünən budur ki, düşmən tərəf müharibə zamanı ehtiraf etmədiyi itkilərini müharibədən sonrakı dinc dövrdə açıqlamaqla cəmiyyət daxilində itkin düşən şəxslərlə bağlı təzyiqləri aradan qaldırır.
Xatırladaq ki, hələ müharibə zaman Ermənistanda 5 minə qədər şəxsin itkin düşməsi haqda məlumatlar yayılmışdı. Hadisələr göstərir ki, itkin düşən şəxslərin böyük əksəriyyəti əslində Azərbaycan Ordusu tərəfindən müharibə zamanı zərərsizləşdirilən, ancaq Ermənistan tərəfindən gizli saxlanılanlar olub.