24 İyun 2021 20:09
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ məsələsi ilə əlaqədar tərəflərə qarşılıqlı etimad yaratmaqda kömək etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, S.Lavrov bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında etdiyi çıxışında deyib.

“Ötən ilin sonunda Rusiya, mübaliğəsiz, Dağlıq Qarabağda qan tökülməsinin dayandırılmasında və Cənubi Qafqazda dinc həyatın bərpası üçün şərait yaradılmasında əsas rol oynadı. ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə tərəflərə qarşılıqlı etimadın gücləndirilməsində və humanitar layihələrin həyata keçirilməsində kömək göstərməyə davam edirik”, - deyə Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər