30 İyun 2021 20:54
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, nazirlər görüşdən sonra açıqlamalar verib.

Çavuşoğlu qeyd edib ki, görüş zamanı Suriya və Liviya və Əfqanıstandakı vəziyyət, Qarabağ müzakirə edilib.

“İkili münasibətlərimizdə heç bir problem görmürük. Xırda məsələləri də birlikdə həll etmək əzmindəyik. Regional məsələləri də görüş zamanı ümzakirə etdik. Suriya, Qarabağ bunlardan biri idi. Məqsədimiz bu bölgələrdə sabitliyin daimi olmasını təmin etməkdir”, - deyə Çavuşoğlu vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər