Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.