Türkiyə müdafiə naziri Hulusi Akar İkinci Qarabağ Müharibəsi şəhidinin ailəsinin üzvləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, müdafiə Naziri Hulusi Akar Vətən Müharibəsində şəhid olan baş leytenant Valeh Memiyevin ailə üzvləri ilə görüşüb.
Şəhid leytenantın Azərbaycanda olarkən nazirə işğal olunmuş torpaqları azad edəcəyi sözü də xatırladılıb.