Rusiya Ermənistandakı çətin dövrün tezliklə başa çatmasında və sabitliyin bərqərar olmasında maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda son günlər keçirilən mitinqlərə münasibət bildirərkən deyib.
Kremlin sözçüsü İrəvanın Moskvanın müttəfiqi olduğunu bildirib:
“Ermənistan bizim müttəfiqimizdir, inteqrasiya baxımından çox vacib məsələlərdə tərəfdaşımızdır. Ona görə də təbii olaraq, maraqlıyıq ki, bu müddət ən qısa zamanda başa çatsın və yenidən sabitlik bərqərar olsun”.
Peskov əlavə edib ki, Ermənistanda sabitliyin bərqərar olması, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış Qarabağla bağlı üçtərəfli anlaşmaların həyata keçirilməsi istiqamətində mərhələli addım atmağa imkan verəcək.