“4MAPS Bilgi Teknolojileri” MMC "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün Qarabağda işlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, yenilənmə və 3D xəritənin hazırlanması işində "LİDAR" cihazından istifadə olunur. Yaxın gələcəkdə onlayn xəritələrdə şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adları Azərbaycan dilində göstəriləcəkdir.
“4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır.